Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurası heyətini qəbul edib.
Bu barədə məlumat təşkilatın rəsmi “Twitter” səhifəsində paylaşılıb.
Bildirilib ki, İstanbulda baş tutan görüşdə Şuranın keçiriləcək sayca 12-ci toplantısı və gündəmdə olan digər məsələlər müzakirə olunub.
Görüş İstanbul şəhərindəki Vahidəddin köşkündə baş tutub.