Home Biznes və iqtisadiyyat xəbərləri BP “Şahdəniz” yatağından bugünədək hasil olunan qaz və kondensatın həcmini açıqlayıb

BP “Şahdəniz” yatağından bugünədək hasil olunan qaz və kondensatın həcmini açıqlayıb

216
0
SHARE

“Şahdəniz” yatağından istismara verildiyi tarixdən 2021-ci ilin sonunadək 156 milyard kubmetrə yaxın qaz və 36 milyon tona yaxın kondensat hasil edilib.

Bu barədə BP məlumat verir.

Qeyd edək ki, 2021-ci ildə “Şahdəniz” yatağından ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil edilib. 2020-ci ildə bu göstəricilər müvafiq olaraq 18,1 milyard standart kubmetrə və 3,6 milyon tona (29 milyon barel) bərabər idi. Beləliklə, “Şahdəniz”də qaz hasilatı 27,07 faiz, kondensat hasilatı 11,11 faiz artıb.

İl ərzində “Şahdəniz yatağından” Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)