Home Biznes və iqtisadiyyat xəbərləri Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib

Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib

203
0
SHARE

Fevralın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Xarici İşlər Nazirliyinin (XİN) kollegiya iclası keçirilib.

Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda kollegiya üzvləri xarici işlər nazirinin müavinləri, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkili, beynəlxalq təşkilatlarla əlaqələr, ölkəmizin Qoşulmama Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular müzakirə edilib.