Home Biznes və iqtisadiyyat xəbərləri Ramiz Mehdiyevin son hərəkətlərini anti-milli qüvvələrə xidmət kimi başa düşürəm

Ramiz Mehdiyevin son hərəkətlərini anti-milli qüvvələrə xidmət kimi başa düşürəm

426
0
SHARE

Milli Elmlər Akademiyası elm ocağıdır. AMEA-da alimlər, elm adamları yeniliklərlə, elmi ixtiralarla, yeni kəşflərlə məşğul olmalı və milli elmimizin inkişafına töhfə verməlidir. Amma son illər Ramiz Mehdiyevin rəhbərliyi buranı ancaq qalmaqallarla, intiriqalarla, ölkə ictimaiyyəti arasında narazılıqlar yaradan açıqlamalarla məşhurlaşdırmışdır. Ölkə parlamentinin üzvləri haqqında deyilən ifadələr, müxalifəti, jurnalistləri və alimləri təhqir hədəfinə çevirmək dövlətə xidmət deyil. Azərbaycan parlamenti demokratik dəyərlərə malikdir. Bu gün Milli Məclisdə dövləti sevən, Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətli, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar çoxluq təşkil edir. Bu gün Milli Məclisin üzvləri xalqın etimadını qazanmış və dövlətçilik ideologiyasını yüksəkdə tutaraq ölkəmizin inkişafına və müstəqilliyimizin möhkəmlənməsinə xidmət edir. Ramiz Mehdiyevin özü də YAP-ın Ağsaqqallar Şurasının üzvüdür. Bütün ömrü boyu dövlətin rəhbərliyində təmsil olunmuş və bu yaşda partiyanın Ağsaqqallar Şurasına etimad göstərilən bir şəxsin belə açıqlamalar verməsi təəssüf doğurur. Son açıqlamasındakı məqamlar dövlət və cənab Prezidentin siyasətinin əksinədir və dövlət içində dövlət yaratmaq istəyindən başqa bir şey deyildir. Əgər bir müəssisənin rəhbəri yerində deyilsə o müəssisədə heç vaxt işgüzar mühit formalaşmır. Bu gün AMEA-da baş verən prosseslər təəssüf doğurur və heç də elm ocağının rəhbərinə yaraşmayan çağırışlardır. Təbii ki, bu çağırışlar dövlət sütunlarını zəiflətmək və xalqı dövlətdən narazı salmaq istəyindən başqa bir şey deyil. Ramiz Mehdiyevin son hərəkətlərini anti-milli qüvvələrə xidmət etmək kimi başa düşürəm və elmimizə vurulan böyük zərbə hesab edirəm. Hər yaş dövrünün öz gözəlliyi var. İnsan da o yaş dövrünü yaşamağı bacarmalıdır. Ramiz Mehdiyevin indi AMEA-ya rəhbərlik edən və ictimaiyyət arasında söz-söhbət yaratmaqla qıcıq doğuran vaxtı deyil. Yaxşı olardı ki, yaşın bu ahıl vaxtında ictimaiyyət arasında qıcıq yaratmaqdansa evdə oturub nəvələri ilə vaxtını keçirsin.

Azər Badamov

Millət vəkili

YAP İdarə Heyətinin üzvü