Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev iş adamlarını azad edilmiş ərazilərə sərmayə qoymağa çağırıb

Prezident İlham Əliyev iş adamlarını azad edilmiş ərazilərə sərmayə qoymağa çağırıb

175
0
SHARE

Azərbaycan iş adamlarına bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar.

Bu müraciəti Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı səsləndirib.

Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradıldığını vurğulayan dövlətimizin başçısı deyib: “Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”.

Prezident İlham Əliyev bildirib ki, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq, özəl sektorun nümayəndələri də bu işlərdə fəal olmalıdırlar.