Home Biznes və iqtisadiyyat xəbərləri 3+3 formatı region ölkələrinin mənafeyini daha artıq təmin edə bilər – Sergey...

3+3 formatı region ölkələrinin mənafeyini daha artıq təmin edə bilər – Sergey Lavrov

232
0
SHARE

Ümid edilir ki, 3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) çərçivəsində Tehranda keçiriləcək növbəti iclas region ölkələrinin mənafeyini daha artıq təmin etməsi ilə nəticələnəcək.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon söhbətində deyib.

Rusiya xarici işlər naziri İranın 3+3 formatı çərçivəsində 2-ci iclasa ev sahibliyi etməsini alqışlayıb.

Telefon söhbətində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian da Cənubi Qafqazla əlaqədar 3+3 formatı çərçivəsində 2-ci iclasını böyük fürsət adlandırıb.

H.Əmir Abdullahianın sözlərinə görə, bu iclas region ölkələri və xalqlarının mənafeyi istiqamətində regional əməkdaşlığı möhkəmləndirmək və həmrəylik üçün önəmlidir.