Home Biznes və iqtisadiyyat xəbərləri Misir portalı: NATO-nun Baş katibi Azərbaycana təşəkkür edib

Misir portalı: NATO-nun Baş katibi Azərbaycana təşəkkür edib

194
0
SHARE

Misirin “Əl Diplomasi” portalında “NATO-nun Baş katibi Avropaya qaz tədarükünü artırdığına görə Azərbaycana təşəkkürünü bildirib” sərlövhəli material yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Yens Stoltenberqin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etdiyi, söhbət zamanı Şimali Atlantika alyansının rəhbərinin ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdiyi Misir ictimaiyyətinin diqqətinə çatdırılıb.

Xəbərdə vurğulanıb ki, telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçısı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

Sonda qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə