Home Biznes və iqtisadiyyat xəbərləri Paşinyan Arazdəyən-Horadiz dəmir yolunun tikintisi barədə danışıb

Paşinyan Arazdəyən-Horadiz dəmir yolunun tikintisi barədə danışıb

183
0
SHARE

Ermənistan yaxın gələcəkdə Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənədin imzalanmasına ümid edir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib.

O bildirib ki, hazırda həmin dəmir yolunun Ermənistan hissəsinin tikintisi üzrə konkret işlər görülür.

“Texniki işlər artıq başlayıb. Yaxın gələcəkdə Azərbaycanla razılaşmaların əldə olunacağına və prosesin inkişafına ümid edirik”, – N.Paşinyan deyib.