Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycanın haqq işini dəstəkləməyə davam edirik – Hulusi Akar

Azərbaycanın haqq işini dəstəkləməyə davam edirik – Hulusi Akar

192
0
SHARE

Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrdəki dost və qardaşlarımızın haqq işinə bacardığımız qədər dəstəyimizi davam etdiririk.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasından sonra türk jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri bir tərəfdən sərhəd təhlükəsizliyi, digər tərəfdən isə terrorla mübarizə sahəsində fəaliyyətini qətiyyətlə davam etdirir.

“Bundan əlavə, Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrdəki dost və qardaşlarımızın haqq işinə bacardığımız qədər dəstəyimizi davam etdiririk. Region olaraq həssas və kritik bir dövrdən keçirik. Belə bir dövrdə iki gün ərzində NATO-nun Müdafiə Nazirləri Toplantısı keçirilib. İclasda başda Ukrayna olmaqla, alyansın gündəmində olan müdafiə və çəkindirmə məsələləri müzakirə edilib, həm regional, həm də qlobal inkişaflar dəyərləndirilib’, – deyə o əlavə edib.