Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) üzv ölkələri Azərbaycanı azad edilmiş ərazilərin bərpasında dəstəkləməyə hazırdır.
Bunu TürkPA baş katibinin müavini Talqat Aduov “Post-pandemiya dövründə iqtisadi artımın stabilləşməsi zamanı kiçik və orta müəssisələrin innovativ fəaliyyəti” mövzusunda konfransda deyib.
O bildirib ki, TürkPA bu quruma daxil olan ölkələrin iqtisadiyyatlarının inkişafı sahəsində Azərbaycanla fəal əməkdaşlıq edir.