Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycanlı deputatlar Paşinyanla görüşüblər

Azərbaycanlı deputatlar Paşinyanla görüşüblər

176
0
SHARE

Avronest Parlament Assambleyasında təmsil olunan Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndələri, eləcə də Avropa İttifaqından olan həmsədr bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Erməni KİV-ləri xəbər verir ki, görüşdə Aİ-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub.

Qeyd edək ki, Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvandadırlar.