Home Biznes və iqtisadiyyat xəbərləri Paşinyan Azərbaycanla münasibətlərdən danışarkən çətin də olsa, artıq müəyyən bir yolun qət...

Paşinyan Azərbaycanla münasibətlərdən danışarkən çətin də olsa, artıq müəyyən bir yolun qət edildiyini qeyd etdi – Tahir Mirkişili

208
0
SHARE

Bü gün AVRONEST Parlament Assambleyasında təmsil olunan Azərbaycan,Gürcüstan, Ukrayna nümayəndələri və Avropa Birliyi tərəfindən həmsədr nümayəndə ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.

Bu barədə AVRONEST Parlament Assambleyasının üzvü Tahir Mirkişili məlumat verib.

Onun sözlərinə görə, görüşdə Avropa Birliyi-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ətrafında baş verən hadisələr müzakirə olunub.

“Nikol Paşinyan Azərbaycanla münasibətlərdən danışarkən çətin də olsa, artıq müəyyən bir yolun qət edildiyini, bir çox məsələlər, xüsusilə də dəmir yolunun açılması ilə bağlı razılıqların olduğunu qeyd edərək, bunu regionda kommunikasiyaların açılması yönümündə əhəmiyyətli olacağını qeyd etdi. Daha sonra mina xəritələrinin təhvil verilməsindən, sərhədlərin demilitasiya və demarkasiyasından, UNESCO-nun regiona səfər edəcəyindən, 1-ci müharibə zamanı zamanı itkin düşmüş şəxslərin qalıqlarının təhvil verilməsi prossesindən, Ermənistan-Türkiyə münasibətlərinin inkişafından məlumat verərək, Prezident İlham Əliyevlə Brüsseldə, daha sonra isə 04 fevralda video konfrans formatında görüşünə də toxundu. O bu görüşləri müsbət qiymətləndirdi”, – deyə o vurğulayıb..

T.Mirkişili bildirib ki, Azərbaycan nümayəndə heyəti adından çıxış edərək Azərbaycanın gündəliyində dayanıqlı sülh, regional inkişaf, kommunikasiyaların açılması, bərpa və quruculuq işlərinin olduğunu qeyd edib.

“Bunun üçün ölkəmizin enerji təhlükəsizliyi, post-covid iqtisadi inkişaf, texnologiyaların geniş tətbiqi istiqamətində region ölkələri və Avropa Birliyi ilə əməkdaşlıqda geniş imkanlarının olmasını vurğuladım. İrəvanda ilk dəfə olduğumu və Azərbaycan nümayəndə heyətinin bu səfərinin ölkəmizin dayanıqlı sülhdə xoş niyyətinin növbəti bir göstəricisi kimi qəbul edilməli olduğunu bildirdim. Ümumilikdə, görüş müsbət atmosferdə keçdi”, – deyə o əlavə edib.

Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvana gedib.