Home Biznes və iqtisadiyyat xəbərləri Soltan Məmmədov Azərbaycanın “COVİD-19” pandemiyası ilə bağlı mübarizə təcrübəsi barədə danışıb

Soltan Məmmədov Azərbaycanın “COVİD-19” pandemiyası ilə bağlı mübarizə təcrübəsi barədə danışıb

167
0
SHARE

Genişləndirilmiş İmmunlaşdırma Proqramı və bütün Avropa regionu ölkələrinin onilliklər ərzində keçdiyi yol uşaq sağlamlığının qorunmasında görünməmiş nailiyyətlərlə nəticələndi. Bu proqram dünya yoluxucu xəstəliklərlə üzləşdiyi vaxtda qarşıya çıxan problemləri həll etmək imkanı yaratdı.

Bunu AVRONEST Parlament Assambleyasının İqtisadi inteqrasiya, sosial məsələlər, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin birgə iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Soltan Məmmədov deyib.
O bildirib ki, COVID pandemiyası və dünyanın üzləşdiyi sonrakı çətinliklər bizi başqa cür düşünməyə vadar etdi. Peyvəndin tədarükü, yeni peyvəndlərin kəşfi və peyvəndin keyfiyyəti ilə bağlı araşdırmalar, ölkələrin uğur hekayələrinin mübadiləsi, sinxronlaşdırılmış informasiya sistemləri, ictimai məlumatlandırma və maarifləndirmə proqramları vaksinasiya prosesin əhatə dairəsinin genişləndirilməsi və peyvəndlə bağlı inamsızlığın aradan qaldırılması üçün vacib şərtlər olaraq qalır.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycan uğurlu peyvənd proqramı və “COVID-19” ilə mübarizə, eləcə də Genişləndirilmiş İmmunlaşdırma Proqramının tətbiqi zamanı üzləşdiyi çətinliklərlə bağlı təcrübələrini bölüşməkdə maraqlıdır. O, ötən il mart ayında BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilmiş “Vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə” və noyabr ayında təsdiq olunmuş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı sənədlərin bu sahədə yaxşı təcrübə nümunələri olduğunu qeyd edib: “Azərbaycan COVAX təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub, bir sıra ölkələrə peyvəndlər verib. Ölkənin ÜST-yə verdiyi ianə, COVID-19 ilə mübarizədə digər ölkələrə dəstək və peyvənd proqramının uğurla həyata keçirilməsi ÜST tərəfindən də yüksək qiymətləndirilir.”

Deputat Azərbaycanda peyvəndlərin əhalinin bütün təbəqələri üçün əlçatanlığının təmin olunduğunu və ölkə vətəndaşlarına 4 müxtəlif peyvənd arasında seçim etmək imkanı yaradıldığını diqqətə çatdırıb. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan ermənilərin peyvəndlərlə təmin olunmasnda qarşılaşdığı problemlərlə bağlı Ermənistan nümayəndəsinin fikirlərinə də münasibət bildirib: “Düşünrəm ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan erməni vətəndaşlarının peyvəndlə təmin olunması üçün Azərbaycan dövlətinin bütün imkanları var. Onlar Azərbaycan ərazisində yaşayırlar. Hazırda onların vaksinlərlə təmin olunmasına sülhməramlılar dəstək verir. Lakin Azərbaycan onlara vaksinlə təmin olunmaq üçün digər ölkə vətəndaşları ilə eyni imkanlar yarada bilər. Azərbaycan bütün ərazisində olduğu kimi Qarabağ iqtisadi rayonunda da dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bərabər hüquqlarına təminat verir”.