Home Biznes və iqtisadiyyat xəbərləri Abşeron rayonunda şəhid Emil Mayılovun doğum günü qeyd edilib (FOTO)

Abşeron rayonunda şəhid Emil Mayılovun doğum günü qeyd edilib (FOTO)

193
0
SHARE

Abşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülən şəhid mayor Mayılov Emil Şahid oğlunun 36-cı doğum günü qeyd edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Şahin Seyidzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Sərhəd Xidmətinin zabitləri, YAP Abşeron Rayon Təşkilatının sədri, rayon Gənclər və İdman İdarəsinin rəisi, şəhid ailələri və qazilərlə birgə II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülüb.

Bildirilib ki, Emil Mayılov 2021-ci il 30 noyabr tarixində Mi-17 hərbi helikoterin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətdən və göstərdiyi şücaətdən bəhs edilmiş, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndirdiyi şeirlər dinlənilib.

Daha sonra RİH başçısı Abdin Fərzəliyev şəhid mayor Mayılov Emil Şahid oğlunun əvvəllər yaşadığı evə gələrək onun ailə üzvləri ilə görüşüb. Ailənin problermləri və qayğıları ilə maraqlanan RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd edib.

Şəhid ailəsi də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

***

Həmçinin, Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Abbas Əliyev və universitetin müəllim və tələbə kollktivi iştirak edib.

Öncə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ardınca Xocalı soyqırımının tarixi xronikasını əks etdirən videoçarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov Xocalı qətliamının Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu bildirmiş, Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə bütün beynəlxalq hüquq normalarını pozaraq mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritdiyini və əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş olunduğunu, şəhərin barbarcasına yerlə-yeksan edildiyini söyləyib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan bəşəri cinayətin – Xocalı soyqırımının ağır nəticələrindən bəhs edərək Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdiyini bildirib. RİH başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həm hüquqi müstəvidə, həm də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davam etdirilən işləri vurğulayıb.