Home Biznes və iqtisadiyyat xəbərləri Hikmət Hacıyev Xocavənddə aşkarlanan kütləvi məzarlıq ilə bağlı paylaşım edib (FOTO)

Hikmət Hacıyev Xocavənddə aşkarlanan kütləvi məzarlıq ilə bağlı paylaşım edib (FOTO)

258
0
SHARE

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Twitter hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.

Prezidentin köməkçisi Edillinin azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə olunduğunu vurğulayıb.

“Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib. Edilli erməni qüvvələri tərəfindən azərbaycanlı əsirlər və dinc əhali üçün konslager/işgəncə düşərgəsi kimi istifadə edilib. Birinci Qarabağ müharibəsindən hələ də 4 000 azərbaycanlı itkin düşmüş hesab edilir”, – Hikmət Hacıyev bildirib.