Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat verəcək.
Milli Məclisin bu gün keçirilən iclasının birinci hissəsi Xocalı soyqırımına həsr edilib. İclasın əvvəlində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Xocalı soyqırımı son 200 ildə xalqımıza qarşı həyata keçirlən qəsibkarlıq və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsidir.