Home Biznes və iqtisadiyyat xəbərləri Birinci vitse-prezident Mehriban Əliyeva: Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük...

Birinci vitse-prezident Mehriban Əliyeva: Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir (FOTO)

218
0
SHARE

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında etdiyi paylaşımda Xalq artisti Əlibaba Məmmədovun vəfat etməsilə bağlı başsağlığı verib.

paylaşımda deyilir:

“Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin”.