Home Biznes və iqtisadiyyat xəbərləri Xocalı qətliamına qarşı beynəlxalq hüquq heç bir iş görməyib – Cahit Bağcı

Xocalı qətliamına qarşı beynəlxalq hüquq heç bir iş görməyib – Cahit Bağcı

265
0
SHARE

Xocalı qətliamına qarşı beynəlxalq hüquq heç bir iş görməyib.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Ana harayı” abidəsini ziyarət edərkən deyib.

C.Bağcı qeyd edib ki, 1992-ci ildə Xocalıda törədilən qətliam bütün Qarabağa yayıldı və nəticədə 1 milyona yaxın azərbaycanlı yurdlarını tərk etməli oldu.

“Dünyanın lal və kor olduğu bu qətliamlara qarşı beynəlxalq hüquq heç bir iş görməyib. BMT-nin qəbul etdiyi 4 qətnamə də həyata keçirilmədi. Lakin 30 ilin ağrı-acısı, yurd həsrəti 44 günlük Vətən Müharibəsi ilə zəfərə çevrildi. Türkiyə Azərbaycanın haqlı müabrizəsində hər zaman olduğu kimi indi də yanındadır. Bu gün qardaşlarımızın kədərini paylaşmaq üçün “Ana harayı” abidəsini qarşısındayıq . Xocalını yad etməklə yanaşı, bu cinayət haqqında danışmalı, unutdurmamalıyıq. Xocalıda həyatını itirənlərə, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanlara Allahdan rəhmət diləyirik”, – deyə səfir bildirib.