Home Biznes və iqtisadiyyat xəbərləri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana təşəkkür edib

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana təşəkkür edib

260
0
SHARE

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ukraynaya göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

Bu barədə T.Klaar özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Azərbayan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib.

Tibbi vasitələrin yükləndiyi təyyarə 27 fevral tarixində yola düşüb.