Home Biznes və iqtisadiyyat xəbərləri Avropa ölkələrində ABŞ nüvə silahlarının mövcudluğu qəbuledilməzdir – Lavrov

Avropa ölkələrində ABŞ nüvə silahlarının mövcudluğu qəbuledilməzdir – Lavrov

197
0
SHARE

Rusiya Avropa ölkələrinin ərazisində ABŞ nüvə silahlarının yerləşdirilməsi qəbuledilməzdir, bu silahları ABŞ-a geri qaytarmağın vaxtıdır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Nüvə silahının yayılmaması barədə müqavilənin müddəalarına zidd olaraq bir sıra Avropa ölkələrinin ərazisində hələ də ABŞ nüvə silahlarının olması bizim üçün qəbuledilməzdir. NATO-nun qeyri-nüvə ölkələri ilə birgə nüvə missiyaları davam edir. Bu missiyalar çərçivəsində Rusiyaya qarşı nüvə silahının tətbiqi ssenariləri işlənir. Bu silahları ABŞ-a geri qaytarmağın və Avropada bununla bağlı bütün infrastrukturu ləğv etməyin vaxtıdır”, – deyə o bildirib.