Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycanın Xarkovdakı fəxri konsulluğu hazırda fəaliyyətini ştat rejimində davam etdirir

Azərbaycanın Xarkovdakı fəxri konsulluğu hazırda fəaliyyətini ştat rejimində davam etdirir

189
0
SHARE

Bildiyiniz kimi, bir qədər əvvəl Xarkov şəhərinin mərkəzi raket zərbəsi ilə vurulub. Azərbaycanın fəxri konsulluğunun bu əraziyə yaxın yerləşməsini nəzərə alaraq qeyd etmək istərdik ki, konsulluq binası xəsarət almayıb.

Konsulluqdan AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, qurum hazırda fəaliyyətini ştat rejimində davam etdirir və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya ediləcək.

Konsulluq həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmalarını tövsiyə edib.

Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev