Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv olan 31 ölkə qlobal neft bazarlarına Rusiya-Ukrayna böhranı nəticəsində tədarük çatışmazlığının olmayacağına dair siqnal vermək üçün fövqəladə ehtiyatlarından 60 milyon barel neft çıxarmaq razılığına gəlib.
BEA-ya üzv ölkələrin nazirləri böhranın dünya neft bazarlarında onsuz da gərgin vəziyyət, qiymət dəyişkənliyinin artması, kommersiya ehtiyatlarının 2014-cü ildən bəri ən aşağı səviyyədə olması və istehsalçıların qısa müddətdə əlavə tədarükü təmin etmək imkanlarının məhdudluğu fonunda yarandığını qeyd ediblər.
Agentlik üzvlərinin 1,5 milyard barel neft ehtiyatı var. 60 milyon barel və ya bu ehtiyatların 4%-i həcmində ilkin buraxılış elanı 30 gün ərzində gündəlik 2 milyon barrelə bərabərdir. Bundan əvvəl kollektiv tədbirlər 2011, 2005 və 1991-ci illərdə həyata keçirilib.