Qazaxıstan parlamentinin Məclisi (aşağı palatası) plenar iclasda ölkənin eks-prezidentinin qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərarı təsdiqləyib.
Kazinforma agentliyi xəbər verir ki, bu gün keçirilən iclasda 101 deputatdan 99-u səsverməyə çıxarılan sənədin lehinə səs verib.
Fevralın 25-də respublikanın Mərkəzi Seçki Komissiyası Nazarbayevanın müraciəti əsasında onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı təklifi Məclisə təqdim etmək qərarına gəlib.