Home Biznes və iqtisadiyyat xəbərləri Ukraynadakı humanitar böhran təcili tədbirlər görməyi tələb edir – Azərbaycanın BMT-dəki daimi...

Ukraynadakı humanitar böhran təcili tədbirlər görməyi tələb edir – Azərbaycanın BMT-dəki daimi nümayəndəsi

171
0
SHARE

Ukraynada inkişaf edən humanitar böhran mövcud vəziyyətin mülki əhaliyə təsirini yumşaltmaq üçün təcili tədbirlər görməyi tələb edir.

Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın Baş Assambleyasının 11-ci fövqəladə xüsusi sessiyasında deyib.

O bildirib ki, Azərbaycan mövcud böhranın xüsusilə mülki əhali arasında əhəmiyyətli itkilərə səbəb olmaqda davam etməsindən dərin təəssüf hissi keçirir.

“Azərbaycan artıq Ukrayna xalqına dərman, tibbi avadanlıq və digər zəruri əşyalarla ikitərəfli əsasda humanitar yardım göstərib. Ölkəmiz vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün bir daha təcili dialoqa çağırır və tərəflər arasında birbaşa danışıqların aparılmasının vacibliyini vurğulayır”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)