Home Biznes və iqtisadiyyat xəbərləri Hərbi Akademiyada Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib

Hərbi Akademiyada Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib

204
0
SHARE

Martın 4-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub, hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında brifinq təqdim olunub.
Sonda xatirə fotosu çəkilib, nümayəndə heyətinin Xalça Muzeyinə və İncəsənət Muzeyinə ekskursiyası təşkil edilib.