Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq, müttəfiqlik münasibətləri hər zaman sıx olub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
“Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunan torpaqlarımızın bərpasında Türkiyə şirkətləri fəal iştirak edirlər”, – deyə nazir qeyd edib.
Ceyhun Bayramov həmkarı ilə görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin nəzərdən keçirildiyini söyləyib. Bildirib ki, Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi ötən il 12 faiz artıb. Lakin potensial bundan qat-qat yüksəkdir.