Home Biznes və iqtisadiyyat xəbərləri Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyir

Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyir

227
0
SHARE

Türkiyə Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyir. Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin bərpa olunmasını istəyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Mövlüd Çavuşoğlu bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı fəaliyyət Azərbaycanla koordinasiyalı şəkildə aparılır. Bu koordinasiya bundan sonra da davam etdiriləcək. Zəngəzur dəhlizinin reallaşması da çox önəmlidir.