Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev: Prezident Rəcəb Tayyib Ərdoğanla gələcək addımlarımızı birgə atırıq

Prezident İlham Əliyev: Prezident Rəcəb Tayyib Ərdoğanla gələcək addımlarımızı birgə atırıq

174
0
SHARE

Prezident Rəcəb Tayyib Ərdoğanla biz daim təmasdayıq, daim telefon əlaqələri saxlayırıq, görüşürük və gələcək addımlarımızı birgə atırıq

Bunu Prezident İlham Əliyev martın 5-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Bu gün və bundan sonrakı illərdə daim Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri həm xalqlarımız üçün, həm bölgə üçün böyük önəm kəsb edəcək. Çünki təkcə ikitərəfli formatda yox, bölgə təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var. Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir. Aramızda olan əlaqələr o qədər şaxəlidir ki, onların hər birini sadalamaq üçün çox vaxt lazım olacaq. Biz sözün əsl mənasında müttəfiqik, qardaşıq və dünya miqyasında bizim əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq.

Ona görə sizi bu gün görmək mənim üçün çox xoşdur. Bildiyiniz kimi, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla biz daim təmasdayıq, daim telefon əlaqələri saxlayırıq, görüşürük və gələcək addımlarımızı birgə atırıq”.