Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev: Təcavüzkar Ermənistan beynəlxalq səviyyədə də cəzalandırılmalıdır, biz təzminat tələb...

Prezident İlham Əliyev: Təcavüzkar Ermənistan beynəlxalq səviyyədə də cəzalandırılmalıdır, biz təzminat tələb edirik

199
0
SHARE

Təcavüzkar Ermənistan beynəlxalq səviyyədə də cəzalandırılmalıdır. Əlbəttə ki, təzminat məsələsi var. Biz təzminat tələb edirik.

Bunu Prezidenti İlham Əliyev martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Həmçinin, dünyanın erməni barbarlığı haqqında öyrənməyi vacibdir. Bu, cəzalandırılmalıdır. Biz müharibə zamanı onları elə cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır. Əlbəttə ki, təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik. Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa uyğunlaşdırmalıyıq.

Hazırda minalar səbəbindən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil. Əfsuslar olsun ki, indiyədək bizdə minalar səbəbindən 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Ərazilərin bu minalardan təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir. Həmçinin biz geri qayıdacaq insanlar üçün layiqli şərait yaratmalıyıq və proses başlayıb. Əminəm ki, siz ölkəmizə yenidən səfər edəcəksiniz, çünki, bu, qlobal miqyasda həqiqətən də çox mühüm məsələdir. Düşünürəm ki, bizim Livan böyüklüyündə ərazini necə bərpa edəcəyimiz, işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə olacaq. Əminəm ki, bizim kimi eyni problemlərlə üzləşən və ya üzləşmiş bütün digər ölkələr üçün nümunə ola bilərik. Bir daha xoş gəlmisiniz. Bizimlə olduğunuz üçün təşəkkür edirəm”.