Rusiyanın “Qazprom” şirkəti Ukrayna ərazisindən tranzitlə Avropaya qaz nəqlini adi rejimdə davam etdirir.
Bunu şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gün ərzində Avropa ölkələrindən 109,5 milyon kubmetr qazın nəqli üçün müraciət qəbul edilib. Bu rəqəm ötən günün göstəricisi ilə eynidir.
Eyni zamanda Avropada təbii qaz qiymətləri ötən günlə müqayisədə 14 faizə yaxın ucuzlaşıb. Hazırda Niderlandın TTF habında təbii qazın min kubmetri 2 090 kubmetr ətrafında alınıb-satılır.