Home Biznes və iqtisadiyyat xəbərləri Humanitar dəhlizlər heç bir maneə ilə üzləşmədən açıq saxlanılmalıdır – Çavuşoğlu

Humanitar dəhlizlər heç bir maneə ilə üzləşmədən açıq saxlanılmalıdır – Çavuşoğlu

202
0
SHARE

Türkiyə olaraq humanitar məsələlərin prioritetliyinə xüsusilə diqqət çəkdik. Çünki təəssüf ki, hər gün dağıntılar, göz yaşları, qanlar artır. Biz bu görüşdə bir daha vurğuladıq ki, müharibənin ortasında qalan mülki vətəndaşlar ən qısa zamanda xilas edilməlidir. Təbii ki, bunun üçün davamlı atəşkəs lazımdır. Davamlı atəşkəs qurulana qədər humanitar atəşkəs də yerlərdə işləməlidir.

Bunu Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, humanitar dəhlizlər heç bir maneə ilə üzləşmədən açıq saxlanılmalıdır.

“Çünki biz vətəndaşlarımızı təxliyə edərkən vəziyyətin necə olduğunu sadəcə görmədik, həm də yaşadıq. Görüşdə biz, xüsusilə, Mariupoldan humanitar dəhlizin açılmasının vacibliyini vurğuladıq. Tərəflər bu məsələni aidiyyəti qurumlarla müzakirə edəcəklərini bildiriblər. Burada koordinasiya lazımdır. Hazırda bu bölgələrə Rusiya daxil olub, Ukrayna qüvvələri də var. Əgər koordinasiya olmasa və hər iki tərəf bu məsələni yerində koordinasiya etməsə, təxliyə edəcəyimiz mülki vətəndaşlar həyati təhlükə ilə üzləşə bilərlər”, – deyə Çavuşoğlu bildirib.