Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev Gürcüstanın ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib...

Prezident İlham Əliyev Gürcüstanın ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

262
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, enerji, ticarət sahələrində uğurla inkişaf etdiyi bildirildi.

Söhbət zamanı Azərbaycanın və Gürcüstanın Ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunuldu.

Rati Breqadzenin ölkəmizə səfərinin və səfər çərçivəsində nazirliklər arasında imzalanan Əməkdaşlıq Memorandumunun bu sahədə əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.