Avropa İttifaqı Şurası Avropa Komissiyasına Ukrayna, Gürcüstan və Moldovanın Aİ-yə üzvlüklə bağlı müraciətlərinin qiymətləndirilməsini təqdim etməyi tapşırıb.
Bu barədə Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçılarının Aİ-nin Versalda keçirilən qeyri-rəsmi sammitinin birinci gününün yekunları əsasında qəbul edilən bəyanatında deyilib.
Bəyanatda qeyd edilib ki, Aİ “Avropa ailəsinə mənsub olan” Ukrayna ilə əlaqələri gücləndirməyə davam edəcək.
Həmçinin Aİ-nin Ukraynaya siyasi, maliyyə, maddi və humanitar dəstəyi davam etdirəcəyi vurğulanıb.