Zəfər günü münasibətilə 2021-ci il noyabrın 5-də qəbul edilmiş amnistiya aktının icrası başa çatıb.
Bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bu gün keçirilən mətbuat konfransında deyib.
“Amnistiyanın icrası 4 ay müəyyən edilib, martın 5-də onun icrası artıq başa çatıb”, – A.Sabitova deyib.