Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

377
0
SHARE

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 10-da 116,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,92 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 115,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,71 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,46 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 118,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel azdır.