Böyük Britaniya Azərbaycanla daha da səmərəli əməkdaşlığa ümid edir.
Bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
O, iki ölkə arasında təkcə enerji sahəsində deyil, bir çox digər sahələrdə də daha çox müqavilələr bağlanacağına ümidvar olduğunu bildirib.
Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi səmərəli görüşlərə və müzakirələrə görə Azərbaycan Prezidentinə və Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlığını bildirib.