Home Biznes və iqtisadiyyat xəbərləri Türkiyə-Azərbaycan münasibətləri köklü bir tarixə sahibdir – Türkiyəli tədqiqatçı

Türkiyə-Azərbaycan münasibətləri köklü bir tarixə sahibdir – Türkiyəli tədqiqatçı

343
0
SHARE

Türkiyə-Azərbaycan münasibətlərinin köklü bir tarixə sahib olması ilə yanaşı, son illərdə xüsusən də İkinci Qarabağ müharibəsində Azərbaycanın zəfər qazanması ilə çox fərqli bir mərhələyə keçid etdiyini gördük.

Bu barədə Şanxay Universiteti Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun deyib.

O qeyd edib ki, iki ayrı, müstəqil dövlət, fərqli metodlarla xarici siyasət yürütsələr də, məqsəd və amal eynidir.

“Bu münasibətlər yalnız İkinci Qarabağ müharibəsi və sonrasında olanlarla məhdudlaşmır. Cənubi Qafqazda qətiyyətlilik, Ukrayna mövzusunda həm Azərbaycanın, həm də Türkiyənin tutduqları mövqe eynilik təşkil edir. Bu ortaq siyasətin ən önəmli nümunəsindən biri də Şuşa bəyənnaməsidir. Bu bəyənnamə ilə həm Azərbaycan, həm də Türkiyə hərbi, siyasi, iqtisadi, diplomatik əməkdaşlığı daha da genişləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yenidən bir görüşün gerçəkləşdirilməsi isə bu əməkdaşlığın çox sağlam bir şəkildə davam etdiyinin göstəricisidir”, -deyə o əlavə edib.