Home Cəmiyyət Millət vəkili Şəhid övladları ilə görüşdü…

Millət vəkili Şəhid övladları ilə görüşdü…

315
0
SHARE
Arzu Nağıyev

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə Milli Məclisin deputatı Arzu Nağıyev Novruz Bayramı ilə əlaqədar Gədəbəy və Tovuz rayonu ərazilərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban verən Şəhidlərimizin əmanətləri olan ailələri və övladları ilə görüşüb.Deputat onlara bayram sövqatı təqdim edib, ailələrin qayğı və problemləri ilə yaxından maraqlanıb. “Vətənin bütövlüyü uğrunda canlarını qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur, qayğı və problemlərinin aradan qaldırılması yönündə müvafiq addımlar atılır.
Bir daha torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən Şəhidlərimizi böyük ehtiramla anır, ruhları qarşısında baş əyirik.
Bütün Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, – Arzu Nağıyev görüşdə bildirib.