Home Cəmiyyət Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illər üzrə əməkdaşlığa dair yeni fəaliyyət planı...

Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illər üzrə əməkdaşlığa dair yeni fəaliyyət planı hazırlanıb…

228
0
SHARE
Avropa Şurası

Bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 4-də Bakıda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçlə görüşdə deyib.

Onun sözlərinə görə, sənəd Azərbaycanın ehtiyacları və AŞ-nın tövsiyələri əsasında işlənib hazırlanıb və ümumi əməkdaşlıq çərçivəsini təşkil edəcək.

O, AŞ Baş katibi qismində ölkəyə ilk dəfə səfər etdiyini və bu çərçivədə dövlət başçısı ilə görüşün baş tutduğunu bildirib.

Baş katib səfəri çərçivəsində AŞ-Azərbaycan 2022-2025 Fəaliyyət Planının təsis görüşündə iştirak edəcəyini məmnunluqla vurğulayıb.