Təsdiq olunmuş plana uyğun olaraq Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin və Hüquq İdarəsinin hərbi qulluqçuları tərəfindən hərbi hissələrdə “Beynəlxalq humanitar hüquq (Silahlı münaqişələr hüququ)” hazırlığı üzrə maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə hərbi qulluqçulara beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, həmçinin silahlı münaqişə dövründə onların tətbiq edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib, şəxsi heyətin əməl etməli olduğu mühüm vəzifə və tapşırıqlar izah edilib.
Döyüş əməliyyatları gedən ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, hərbi əsirlərlə davranış qaydaları, eləcə də Cenevrə Konvensiyalarının digər tələblərinə dair fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.