Home Gündəm Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçiriləcək

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçiriləcək

481
0
SHARE

Mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçiriləcək. Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.

İştirakçılar əvvəlcə İƏTPA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin plenar iclas zalında keçiriləcək İƏTPA-nın Üçüncü Ümumi Konfransında “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.

Konfrans çərçivəsində  Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.