Milli Məclisin deputatları – Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Millət vəkilləri Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər mayın 19-da başa çatacaq.