Home Dünya xəbərləri Elnur Məmmədov Argentina Senatının üzvləri ilə görüşüb

Elnur Məmmədov Argentina Senatının üzvləri ilə görüşüb

384
0
SHARE

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 12 may 2022-ci il tarixində Argentina Senatının xarici əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Görüş zamanı Azərbaycan rəsmisi ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb, Cənubi Qafqaz regionunda Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı  məlumat verib.

Bununla, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik etdiyi nümayəndə heyətinin Latın Amerikasına səfəri başa çatıb.