Tbilisi, 29 may, TAN
28 May – Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər davam etdirilib.
TAN.AZ xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də səfirliyin əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları, ictimai xadimlər Tbilisidə Heydər Əliyevin adına parka gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları sonra şəhərin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirəsini anıblar.
Səfir və onu müşayiət edən şəxslər Rustavi şəhərində də Ulu Öndərin büstünü ziyarət edib, xatirəsini ehtiramla anıblar.