Home Cəmiyyət Ukrayna hökuməti Azərbaycanın humanitar yardımını yüksək qiymətləndirir

Ukrayna hökuməti Azərbaycanın humanitar yardımını yüksək qiymətləndirir

308
0
SHARE

“Biz Ukrayna əhalisinin və məcburi köçkünlərin ehtiyacları üçün Azərbaycan tərəfindən göstərilən humanitar yardımı, Ukraynada əkin işlərinin təmin edilməsi üçün əlavə yanacağın ayrılmasını yüksək qiymətləndiririk”. Ukrayna Respublikasının Baş naziri Denis Şmıqalın Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova ünvanladığı təbrik məktubunda belə deyilir.

Ukrayna Hökumətinin Azərbaycan Respublikası ilə əməkdaşlığa xüsusi diqqət ayırdığını vurğulayan D.Şmıqal Rusiyanın apardığı hərbi əməliyyatların ölkələrimiz arasında əməkdaşlığın dinamikasına təsir etməsinə baxmayaraq, öz hökumətinin qarşılıqlı maraq doğuran bütün sahələrdə Azərbaycan hökuməti ilə fəal əlaqələrin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Ukrayna-Azərbaycan əməkdaşlığının qarşılıqlı hörmət və dəstək ruhunda bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edən D.Şmıqal Azərbaycanın Baş nazirinə möhkəm cansağlığı və məsuliyyətli dövlət fəaliyyətində uğurlar, dost Azərbaycan xalqına isə sülh və çiçəklənmə arzulayıb.