Home Gündəm Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb

Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb

187
0
SHARE

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Norveçin Azərbaycandakı qeyri-rezident səfiri Erlinq Skyonsberqlə görüşüb.

TAN.AZ xəbər verir ki, norveçli diplomat bu barədə “Twitter“də bildirib.

“Fikir mübadiləsinə görə Hikmət Hacıyevə minnətdaram. Norveç sülhün olduğu, firavan Cənubi Qafqazı dəstəkləyir”, – o qeyd edib.

Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir.