Home Gündəm Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

283
0
SHARE

Sabah Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.

TAN.AZ-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə həyata keçirilir. Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə rəsmi qəbulda iştirak edəcək.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq.