Home Gündəm Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

69
0
SHARE

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

TAN.AZ xəbər verir ki, iclasda maliyyə nazirinin müavini Azər Bayramov, Maliyyə Nazirliyinin şöbə müdirləri – Fazil Fərəcov və Fikrət Şirinov, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, təhsil nazirinin müavini İdris İsayev, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak edib.

İclasın gündəliyinə 7 məsələ daxil olub.

Bunlar aşağıdakılardır:

1. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin taki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasinin mühafizəsi haqqında”, “Tütün ve tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqinda, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi(ikinci oxunuş).

4. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilmeyen (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilen (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Insan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi (üçüncü oxunus).

7. “Azərbaycan 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Qanun layihələri müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub .