Home Gündəm Prezident: Azərbaycan ilə Rusiya arasında münasibətlər bundan sonra da durmadan möhkəmlənəcək və...

Prezident: Azərbaycan ilə Rusiya arasında münasibətlər bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək

209
0
SHARE

Cari ilin fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanması son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini təsbit edib.

TAN.AZ xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının dövlət bayramı – Rusiya Günü münasibətilə bu ölkənin Prezidenti Vladimir Putinə ünvanlandığı təbrik məktubunda yer alıb.

Məktubda, həmçinin deyilir: “Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə birgə səylərimizlə bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək”.