Home Gündəm Deputat: “Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb”

Deputat: “Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb”

257
0
SHARE

Bir il əvvəl Şuşa şəhərində imzalanan tarixi Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb”.

Bunu açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu Məlahət İbrahimqızı bildirib.

Məlahət İbrahimqızı deyib ki, Azərbaycan və Türkiyə birlikdə tarix yazır: “Azərbaycan-Türkiyə birliyinin dostluq, qardaşlıq və müttəfiqliyin rəmzinə çevrilib. Dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyinin nümunəvi xarakter daşıyır. Bu aspektdə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın dostluğu və liderlik fenomeni də xüsusi vurğulamaq lazımdır. Hər iki lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində Türkiyə qlobal güc amilinə çevrilib. Bu baxımdan Türkiyə Prezidentinin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə xitabən səsləndirdiyi “dünya 5-dən böyükdür” bəyanatı da təsadüfi deyil. Heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə qədər işğal altında olan torpaqlarını azad edən, böyük iqtisadi uğurlara imza atan Azərbaycana da dünyada xüsusi hörmətlə yanaşılır. Ümumiyyətlə, bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər. Şuşa şəhərində imzalanan tarixi Şuşa Bəyannaməsi isə Azərbaycan və Türkiyə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb. Bu səbəbdən də bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə Zəngəzur dəhlizinin təməlinin qoyulması və dövlət başçılarının Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimlərində iştirak etməsi də Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü və Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrilməsinin təzahürü idi”.

Deputat Azərbaycan və Türkiyənin birlikdə yeni eranı – sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etdiklərini vurğulayıb: “Ermənistan da artıq Azərbaycanın təşəbbüslərini, o cümlədən ölkəmizin irəli sürdüyü 5 təməl prinsipi qəbul edib. Həmin prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz, qonşularla münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalı, Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Regionun həyatına inteqrasiya etməsi üçün əməkdaşlığı, konstruktivliyi, yeni reallıqları nəzərə alan, revanşizmə yol verməyən siyasət yürüdülməsi Ermənistan üçün yeganə müsbət çıxış yoludur”.